Rusiyanın “Domodedovo” hava limanında uçuşlar bərpa edilib

Rusiyanın “Domodedovo” hava limanında uçuşlar bərpa edilib
  • Clock-gray 05:11
  • calendar-gray 01 Yanvar 2021

Rusiyada uçuş zolaqlarının buz bağlaması səbəbindən təyyarə reysləri təxirə salınan “Domodedovo” hava limanında iş qrafiki bərpa edilib.

APA TASS-a istinadən xəbər verir ki, Nəqliyyat Prokurorluğu hava limanında uçuşların təxirə salınamsı ilə bağlı arşadırma aparıb.

Yoxlamadan dərhal sonra, axşam saatlarında hər iki uçuş zolağı tam şəkildə istifadəyə verilib. 

Uçuşların təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilib. 

Qeyd edək ki, ötən gün “Domodedovo”, eləcə də “Jukovski” hava limanlarında təyyarə reysləri təxirə salınmışdı. Təyyarələrin bəziləri “Şeremetyevo” və “Vnukovo” limanına istiqamətləndirilird.

apa-logo-mini

Digər xəbərlər