Rusiyanın Kuzbas bölgəsində mədən çöküb, 92 nəfər xilas edilib, 1 nəfər ölüb

Rusiyanın Kuzbas bölgəsində mədən çöküb, 92 nəfər xilas edilib, 1 nəfər ölüb
# 14 fevral 2021 07:12 (UTC +04:00)

Rusiyanın Kuzbas bölgəsinin Novokuznetsk şəhərində yerləşən mədən çöküb, 98 nəfər dağıntı altında qalıb.

APA Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir ki, hadisə mədəndə qayanın çökməsi nəticəsində baş verib.

Əraziyə 24 xilasedici, 5 texnika cəlb olunub. Xilasedicilər 92 nəfəri səthə çıxarıb. Beş nəfər bərpa işlərini təmin etmək üçün mədəndə qalıb. Bir nəfərin öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR