Rusiyanın “Vaqner” qrupunun Belarusda tutulan döyüşçülərinin hansı ölkəyə getmək istədikləri açıqlanıb

Rusiyanın “Vaqner” qrupunun Belarusda tutulan döyüşçülərinin hansı ölkəyə getmək istədikləri açıqlanıb
# 03 avqust 2020 17:02 (UTC +04:00)

Rusiyanın “Vaqner” qrupunun Belarusda tutulan döyüşçülərinin hansı ölkəyə getmək istədikləri məlum olub.

APA-nın məlumatına görə, Rusiyanın Belarusdakı konsulu “Rossiya-1” telekanalına müsahibəsində deyib ki, döyüşçülər Latın Amerikası ölkələrindən birinə getməliymişlər.

Konsulun sözlərinə görə, döyüşçülər Belarusdan tranzit olaraq İstanbula, oradan isə Latın Amerikası ölkələrindən birinə getməyi planlaşdırıblar.

“Onlar iyulun 25-də Minskdən İstanbula, oradan isə üçüncü ölkəyə uçmalıymışlar. Sonuncu təyinat məntəqəsi Latın Amerikası regionundakı ölkələrdən biri idi”.

Qeyd edək ki, Belarusda Rusiyanın “Vaqner” özəl hərbi qurumunun 32 döyüşçüsünün saxlanılması barədə iyulun 29-da məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR