Rusiyanın bu ilin yarısınadək istehsal edəcəyi koronavirus peyvəndinin həcmi açıqlanıb

Rusiyanın bu ilin yarısınadək istehsal edəcəyi koronavirus peyvəndinin həcmi açıqlanıb
# 20 fevral 2021 12:26 (UTC +04:00)

Rusiya bu ilin birinci yarısına qədər 88 milyon doza koronavirus peyvəndi istehsal etməyi planlaşdırır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş nazirinin müavini Tatyana Qolikova deyib.
O bildirib ki, bunun 83 milyon dozası "Sputnik V" peyvəndi olacaq: "Bu ilin birinci yarısınadək biz 88 milyon doza koronavirus peyvəndinin istehsalını planlaşdırırıq. Buraya "Kovivak" peyvəndi aid deyil. 83 milyon doza "Sputnik V" və 5.4 milyon doza "Epivakkorona" peyvəndinin istehsalı gözlənilir".

Baş nazirin müavini əlavə edib ki, 59 milyon doza milli peyvədləmə proqramı üçün istifadə ediləcək.

T. Qolikovanın sözlərinə görə, Rusiya indiyə qədər 11.1 milyon doza koronavirus peyvəndi istehsal edib ki, onun da 7.9 milyon dozası milli proqram üçün istifadə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR