Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi toz formasında buraxılacaq

Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi toz formasında buraxılacaq
# 24 dekabr 2020 16:03 (UTC +04:00)

Rusiyanın yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndi “Sputnik V” toz formasında buraxılacaq.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bildirib.

Onun sözlərinə görə, hazırda maye halında istehsal olunan “Sputnik V” peyvəndi 2021-ci ildə toz formasında buraxılacaq.

Qeyd edək ki, Rusiya bu il avqust ayının 11-də dünyada COVID-19 əleyhinə ilk peyvəndi qeydiyyatdan keçirdiyini açıqlayıb. “Sputnik V” adını alan peyvənd iki dozada istehsal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR