Rusiyanın yeganə aviasiya daşıyan kreyserində yanğın söndürülüb - YENİLƏNİB

Rusiyanın yeganə aviasiya daşıyan kreyserində yanğın söndürülüb - YENİLƏNİB
# 13 dekabr 2019 14:01 (UTC +04:00)

Rusiyaya məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyserdə baş verən yanğın səhər saatlarında söndürülüb.

APA-nın xəbərinə görə, bu barədə TASS-a Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Raxmanov məlumat verib.

Qeyd olunub ki, yanğının səbəblərini müəyyən etmək üçün komissiya işə başlayıb.

***

12 dekabr, saat 19:26

Rusiyaya məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyserdə baş vermiş yanğında xəsarət alanların sayı artıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yanğında xəsarət alanların sayı 12-yə çatıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə nəticəsində isə 3 nəfər itkin düşüb.

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyseri Murmanskda təmirə dayanıb.

Qeyd edək ki, “Admiral Kuznetsov” Rusiyanın yeganə aviasiya daşıyan kreyseridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR