SSRİ-nin sonuncu marşalı, Müdafiə naziri Dmitri Yazov 95 yaşında vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, D. Yazov fevralın 25-i Moskvada uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, D. Yazov 1990-ci il yanvarın 20-də Bakıda törədilən qırğının əsas günahkarlarından hesab olunur. O, həmin vaxt SSRİ-nin Müdafiə naziri olub.