“Sabah” Azərbaycan millisinin futbolçusu ilə yeni müqavilə bağlayıb

“Sabah” Azərbaycan millisinin futbolçusu ilə yeni müqavilə bağlayıb
# 16 dekabr 2020 15:50 (UTC +04:00)

“Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadə yeni müqavilə imzalayıb.

Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O bildirib ki, milli komandamızın müdafiəçisi paytaxt təmsilçisi ilə sözləşmə müddətini 6 aylıq uzadıb. 27 yaşlı cinah oyunçusu 2021-ci ilin yanvarına qədər olan müqavilə müddətini mövsümün sonuna qədər uzadıb.

Qeyd edək ki, Təmkin Xəlilzadə “Sabah”a ötən ilin yanvarında “Qəbələ”dən keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR