Sabah Moskvada Lavrov və Cavad Zərif arasında görüş keçiriləcək

Sabah Moskvada Lavrov və Cavad Zərif arasında görüş keçiriləcək
# 20 iyul 2020 12:49 (UTC +04:00)

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə TASS Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb.

O qeyd edib ki, sabah Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla Cavad Zərif arasında görüş keçiriləcək.

Xatırladaq ki, İran XİN başçısı sonuncu dəfə iyunun 16-da Moskvaya səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR