Sandu Moldovada parlamentin buraxılması tələb ilə kütləvi etiraz aksiyasının keçiriləcəyini bəyan edib

Sandu Moldovada parlamentin buraxılması tələb ilə kütləvi etiraz aksiyasının keçiriləcəyini bəyan edib
# 04 dekabr 2020 03:15 (UTC +04:00)

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu dekabrın 6-da paytaxt Kişinyovda ölkə parlamentinin buraxılmasını tələb edən kütləvi etiraz aksiyasının keçiriləcəyini bəyan edib.

APA TASS-a istinadən xəbər verir ki, Sandu parlamentin cümə axşamı İnformasiya və Təhlükəsizlik Xidmətinin (İTX) prezidentin tabeliyindən çıxarılması ilə bağlı qərar qəbul etməsindən sonra belə bir bəyanatla çıxış edib.

O, aksiyanın Böyük Millət Məclisi Meydanında keçiriləcəyini vurğulayıb. Qeyd edib ki, parlament xalqa arxa çevirirsə, istefaya göndərilməlidir: “Parlamentin iclasında qəbul edilmiş qanunsuz qərarların ləğv edilməsini tələb edəcəyik. İTX əl çantası deyil, bu, prezidentin səlahiyyətlərini yerinə yetirməsinə kömək edən bir qurumdur”.

Sandu əlavə edib ki, onun hədəfi korrupsiyaya qarşı mübarizə aparmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR