Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
# 08 dekabr 2020 18:39 (UTC +04:00)

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Mənbə bildirib ki, iki ölkənin Xarici İşlər nazirləri telefon danışığı zamanı Dağlıq Qarabağ, Ukrayna münaqişəsi və Türkiyədə saxlanılan "NTV" kanalının jurnalistləri barədə danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR