Sergey Ryabkov: “Rusiya ABŞ-la beynəlxalq təhlükəsizliklə bağlı dialoqa başlamaq istəyir”

Sergey Ryabkov: “Rusiya ABŞ-la beynəlxalq təhlükəsizliklə bağlı dialoqa başlamaq istəyir”
# 27 yanvar 2021 14:01 (UTC +04:00)

“Rusiya ABŞ-la beynəlxalq təhlükəsizliklə bağlı dialoqa başlamaq istəyir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Dövlət Dumasının bu gün keçirilən iclasında Rusiya ilə ABŞ arasında Srtateji Hücum Silahları haqqında Müqavilənin uzadılmasına dair sazişin ratifikasiyasının müzakirəsi zamanı bildiirb.

"Müqavilənin təməlinə söykənərək ABŞ-ın yeni administrasiyasıilə beynəlxalq təhlükəsizlik sahəsində bizi maraqlandıram problemlərlə bağlı məzmunlu dialoqun başlanmasına çalışacağıq”, - deyə rusiyalı diplomat vurğulayıb. Ryabkov onu da bildirib ki, Rusiya ilə ABŞ arasında Strateji hücum Silahları haqqında Müqavilə 2026-cı ilin fevralın 5-dək qüvvədə olacaq.

Qeyd edək ki, yanvarın 26-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında telefon danışığı olub. Liderlər Strateji Hücum Silahları haqqında Müqavilənin müddətinin uzadılması barədə razılığa gəliblər.

Rusiya Prezidenti bu gün məlum müqavilənin uzadılması haqqında layihəni ratifikasiya olunması üçün parlamentə təqdim edib. Hazırda Dövlət Dumasında həmin layihənin ratifikasiyası müzkairə olunur.

Rusiya XİN başçısının müavini Sergey Ryabkov SNV-3 müqaviləsinin uzadılması haqqında layihə barədə parlamentarilər qarşısında çıxış edib və deputatların suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR