Sevdiyi tələbəni doğrayaraq öldürən 64 yaşlı tarixçi 12,5 il müddətinə həbs edilib

Sevdiyi tələbəni doğrayaraq öldürən 64 yaşlı tarixçi 12,5 il müddətinə həbs edilib
# 26 dekabr 2020 08:20 (UTC +04:00)

Rusiya Məhkəməsi Napoleonun döyüş səhnələrinin tədqiqatı ilə məşhurlaşan 64 yaşlı tarixçi Oleq Sokolovu sevdiyi tələbəni doğrayaraq qətlə yetirdiyinə görə 12 il yarım müddətinə azadlıqdan məhrum edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Sokolov Sankt-Peterburq Dövlət Universitetinin professoru olub.

Qeyd edək ki, keçən ilin noyabr ayında çaya atılmış çantada 24 yaşlı aspirant Anastasiya Yeşçenkonun hissələrə bölünmüş cəsədi tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR