Şəkidə fərdi yaşayış evi yanıb.
APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Birinci Biləcik kəndində baş vermiş yanğın zamanı ümumi sahəsi 130 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.