Son 29 ildə Ermənistan əhalisinin sayı 700 min nəfər azalıb

Son 29 ildə Ermənistan əhalisinin sayı 700 min nəfər azalıb
# 17 mart 2021 18:39 (UTC +04:00)

Son 29 ildə Ermənistan əhalisinin sayı təxminən 700 min nəfərə yaxın azalıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, 1992-ci ilin əvvəlində Ermənistan əhalisinin sayı 3 milyon 633 min nəfər olub.

2020-ci ilin dördüncü rübündə isə əhalinin sayı 2 milyon 967 min nəfər təşkil edib.

Faktiki olaraq müstəqillik qazandıqdan bəri son 29 ildə (1991-2020), 2012-ci il (5,5 milyon) istisna olmaqla Ermənistan əhalisi hər il azalıb.

Ölkədəki demoqrafik böhranın əsas səbəbləri doğum sayının aşağı düşməsi və miqrasiyadır. Müstəqillik illərində Ermənistana gələnlərin sayı ölkəni tərk edənlərin sayından az olub.

2020-ci ildə ölkəni tərk edənlərin 90%-i Rusiyaya gedib. Onların yalnız 50,4%-i 3 və ya daha çox aydan sonra Ermənistana qayıdıb. Əgər 1991-ci ildə Ermənistanda 77 min uşaq doğulubsa, 2020-ci ildə yalnız 36 448 doğum qeydə alınıb. Ermənistanda bir çox ailənin ikinci övladı yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR