Son sutkada daha 13 Moskva sakini koronavirusdan ölüb

Son sutkada daha 13 Moskva sakini koronavirusdan ölüb
# 01 avqust 2020 01:02 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 13 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4473-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 241 359 nəfərdə koronavirus aşkar olunub. Son sutkada isə daha 695 nəfər bu virusa yoluxub. Ümumilikdə 179 168 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR