Sutka ərzində Türkiyədən Rusiyaya 6,7 min sərnişin daşınıb

Sutka ərzində Türkiyədən Rusiyaya 6,7 min sərnişin daşınıb
# 22 aprel 2021 04:22 (UTC +04:00)

Rusiya hava yolları şirkətləri 20 aprel tarixində 30 uçuş həyata keçirərək, Türkiyədən 6700 sərnişini ölkəyə çatdırıblar.

APA-nın RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

20 aprel tarixində Rusiya aviaşirkətləri Türkiyədən Rusiyaya 25, Türkiyə aviaşirkətləri isə 5 reys həyata keçirib. Cəmi 6700 sərnişin ölkəyə daşınıb”, - məlumatda belə deyilir.

Koronavirus infeksiyasının yayılmasına qarşı operativ qərargah bundan əvvəl Rusiya ilə Türkiyə ilə Tanzaniya arasında 15 aprel - 1 iyun tarixləri arasında hava nəqliyyatının məhdudlaşdırılmasına dair qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR