Syünik vilayətinin bir qrup sakini Paşinyanın regiona səfərinə mane olmağa çalışır

Syünik vilayətinin bir qrup sakini Paşinyanın regiona səfərinə mane olmağa çalışır
  • Clock-gray 10:39
  • calendar-gray 21 Dekabr 2020

Azərbaycanla sərhəddə yerləşən Syünik vilayətinin etiraz aksiyası keçirən bir qrup sakini Baş nazir Nikol Paşinyanın regiona səfərinə mane olmağa cəhd edir.

APA-nın xəbərinə görə, bu barədə “news.am” portalı məlumat yayıb.

Məlumata görə, bu gün səhər tezdən bir qrup sakin N. Paşinyanın kortejini dayandırmaq məqsədilə Syünik vilayətinin girişinə doğru hərəkət ediblər. Lakin onların qarşısını polis əməkdaşları kəsib. 

Syünik vilayətinin sərhədyanı yaşayış məntəqələrinin sakinləri bildirirlər ki, Qarabağda atəşkəsə dair üçtərəfli birgə bəyanata əsasən, Azərbaycan Ordusunun yerləşdiyi yeni döyüş postları onların təhlükəsizliyini təhdid edir. Küçələri bağlayan sakinlər Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesində onların müdafiə olunmasını tələb edirlər.

Qeyd edək ki, N. Paşinyan bu gün Syünik vilayətinin Mehri, Qafan, Gorus və Sisian şəhərlərinə səfər edəcəyini bildirib.

Xatırladaq ki, vətəndaşları N. Paşinyanın səfərini əngəlləməyə çağıran Gorus meri Aruş Aruşanyan artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

apa-logo-mini

Digər xəbərlər