Tbilisidə bazarda yanğın baş verib

Tbilisidə bazarda yanğın baş verib
# 16 iyun 2020 03:22 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə yanğın baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-in fövqəladə halların idarə edilməsi idarəsindən bildirilib.

Məlumata görə, yanğın Tbilisinin kənarındakı Varketili rayonunda yerləşən geyim əşyaları satılan bazarda qeydə alınıb.

“Yanğın bazarda bir neçə geyim bazarını əhatə edib, əraziyə 13 yanğından mühafizə briqadası cəlb olunub”, - məlumatda belə deyilir.

Xəsarət alanlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR