Tbilisidə etirazçılar parlament binası qarşısında çadırlar qurub

Tbilisidə etirazçılar parlament binası qarşısında çadırlar qurub
# 25 noyabr 2019 22:44 (UTC +04:00)

Tbilisidə parlament binası qarşısında keçirilən mitinq başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, mitinq bitdikdən sonra aksiya etirazçıları parlament binasının girişlərini bloklamağa başlayıblar.

Gecəni keşik çəkərək keçirəcəklərini bildirən etirazçılar parlament binasının girişlərində, eləcə də Rustaveli prospektində çadırlar qurublar.

Qızınmaq üçün əraziyə dəmir çəlləklər və odun gətirməsinə polis icazə verməyib. Etirazçılar parlamentin sabah başlayacaq plenar sessiyasında iştirak etmək üçün millət vəkillərini binaya buraxmayacaqlarını bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR