Tbilisidə əl qumbarası ilə yaşayış binasını partladacağını deyən şəxs saxlanılıb

Tbilisidə əl qumbarası ilə yaşayış binasını partladacağını deyən şəxs saxlanılıb
  • Clock-gray 02:18
  • calendar-gray 20 Dekabr 2020

Gürcüstan polisi Tbilisidə yaşayış binasını əl qumbarası ilə partladacağını deyən şəxsi saxlayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Rustavi 2” televiziya kanalı məlumat yayıb.

Əvvəlcə hadisənin ailə münaqişəsi səbəbindən baş verdiyi bildirilib.

Polis həmin şəxslə iki saatdan çox davam edən danışıqlardan sonra onu fikrindən yayındırmağa müvəffəq olub.  Ərazi hüquq-mühafizə əməkdaşlarının nəzarətinə götürülüb. Media nümayəndələri üçün hərəkət məhdudlaşdırılıb. 

Gürcüstan Daxili İşlər Nazirliyi hadisənin təfərrüatı barədə hələlik məlumat verməyib.

 

apa-logo-mini

Digər xəbərlər