Tbilisidə mikromaliyyə təşkilatının ofisinə basqın zamanı girov götürülənlər azad edilib - YENİLƏNİB

Tbilisidə mikromaliyyə təşkilatının ofisinə basqın zamanı girov götürülənlər azad edilib - YENİLƏNİB
# 20 noyabr 2020 20:20 (UTC +04:00)

Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın zamanı girov götürülən şəxslərin hamısı sərbəst buraxılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nino Ciorcobiani məlumat verib. Bildirilib ki, basqın edən şəxs polisə təslim olub.

Qeyd edək ki, DİN-in sonuncu açıqlamasında basqın edən şəxsin 11 nəfəri girov götürdüyü bildirilmişdi.

***

Saat 20:07

Tbilisidə mikromaliyyə təşkilatının ofisinə edilmiş silahlı basqın zamanı girov götürülən şəxslərdən bir neçəsi sərbəst buraxılıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, ofisə hücum edən şəxs girovlardan bir neçəsini sərbəst buraxıb.

Hazırda polisin xüsusi əməliyyatı davam etdirdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR