Ter-Petrosyan: "Belə davam etsə, Ermənistan dövlətçiliyinin sonu olacaq"

Ter-Petrosyan: "Belə davam etsə, Ermənistan dövlətçiliyinin sonu olacaq"
  • Clock-gray 22:29
  • calendar-gray 05 Dekabr 2020

Ermənistanın ilk prezidenti Levon Ter-Petosyan hakimiyyət uğrunda mübarizənin getdikcə böyüməsindən dərin narahatlığını bildirir.

APA “politik.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Konqresinin sözçüsü Arman Musinyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bu, münaqişə tərəflərinin iradəsinə zidd olaraq, təsadüfən şiddət və ya təxribat yolu ilə vətəndaş müharibəsinə səbəb ola bilər: “Ter-Petosyan hesab edir ki, mövcud prosesin belə davam etməsi yalnız Qarabağın deyil, həm də Ermənistan dövlətçiliyinin sonu olacaq. Eyni zamanda, ilk prezident ümid edir ki, N. Paşinyan və bu təhlükənin tam fərqində olan Vazgen Manukyan hadisələrin gedişatından çəkinmək üçün hər cür səy göstərəcək”.

apa-logo-mini

Digər xəbərlər