Türkiyə Xarici İşlər naziri Gürcüstanda rəsmi səfərdədir

Türkiyə Xarici İşlər naziri Gürcüstanda rəsmi səfərdədir
# 23 dekabr 2019 00:00 (UTC +04:00)

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Gürcüstanda rəsmi səfərdədir.

APA-nın yerli bürosu xəbər verir ki, səfər Tbilisidə keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sayca 8-ci üçtərəfli görüşü çərçivəsində baş tutub.

Tbilisi Beynəlxalq Hava limanında türkiyəli naziri Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia, Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava və Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan qarşılayıb.

Gürcüstana səfəri çərçivəsində M.Çavuşoğlunun üçtərəfli görüşlə yanaşı azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə birlikdə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşü də planlaşdırılıb. Görüşdə üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR