Türkiyə və Rusiya diplomatik heyətinin danışıqları sabah davam edəcək

Türkiyə və Rusiya diplomatik heyətinin danışıqları sabah davam edəcək
# 17 fevral 2020 23:06 (UTC +04:00)

Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi heyət Moskvada rusiyalı diplomatlarla görüşüb.

APA-nın yerli bürosuna Türkiyə XİN-dən verilən xəbərə görə, tərəflər arasında danışıqlarda əsas mövzu yenə İdlib olub.

Suriyada baş verən son durumlar, bölgədə gərginliyin azaldılması və insan itkilərinin qarşısının alınması üçün Türkiyə tərəf təcili addımların atılmasının vacibliyini vurğulayıb. İdlib mövzusunda əldə olunan Soçi memorandumuna tam olaraq əməl edilməsi, baş verəcək qanun pozuntularının qarşısının alınması da müzakirə edilib.

Danışıqlar sabah davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR