Türkiyədə COVID-19-dan 191 nəfər ölüb

Türkiyədə COVID-19-dan 191 nəfər ölüb
# 06 yanvar 2021 20:41 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 191 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 13 830 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 702, ağır xəstələr isə 3 303 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 283 931 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 164 050 nəfər sağalıb, 22 070 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR