Türkiyədə bu gün koronavirusdan 78 nəfər vəfat edib

Türkiyədə bu gün koronavirusdan 78 nəfər vəfat edib
  • Clock-gray 22:00
  • calendar-gray 22 Fevral 2021

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 78 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8104 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5690, ağır xəstələr isə 1189 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 646 526 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 529 450 nəfər sağalıb, 28 138 nəfər isə həyatını itirib.

apa-logo-mini

Digər xəbərlər