Türkiyədə koronavirusdan bu gün 19 nəfər ölüb

Türkiyədə koronavirusdan bu gün 19 nəfər ölüb
# 22 iyul 2020 21:31 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 43 404 şübhəli koronavirus testindən keçib, onlardan 902-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1203 xəstə sağalıb.

Türkiyədə indiyədək 222 402 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5545 nəfər ölüb, 205 214 nəfər müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR