Türkmənistan Prezidenti Azərbaycanla mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb

Türkmənistan Prezidenti Azərbaycanla mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb
# 07 dekabr 2019 11:39 (UTC +04:00)

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiyanı starteji tərəfdaş adlandırıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Prezident Berdiməhəmmədov Türkmənistanın xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı nümayəndələrinin də iştirak etdiyi hökumətin geniştərkibli iclasında çıxışında deyib.

Türkmənistanın neytral siyasətinin 25-ci ildönümünə həsr olunmuş iclasda Q.Berdiməhəmmədov ölkəsinin xarici siyasət prioritetlərini açıqlayıb.

Türkmənistan lideri "strateji tərəfdaş" ifadəsini yalnız Rusiya və BMT ilə münasibətlərə aid edib.

Berdiməhəmmədov ilk növbədə Orta Asiyanın bütün ölkələri, Əfqanıstan, İran və Azərbaycan ilə ənənəvi mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı Aşqabadın Türkiyə ilə əməkdaşlığının daha da genişləndirilməsinə diqqət yetirəcəyini qeyd edib.

"Əsrlər boyu dostluq münasibətləri saxladığımız Rusiya Federasiyası Türkmənistanın strateji tərəfdaşıdır. İki ölkənin qarşılıqlı əlaqələrinin tarixi təcrübəsinə əsaslanaraq Rusiya ilə siyasi, diplomatik, ticari, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığı dərinləşdirməyə davam edəcəyik".

O, ölkəsinin Çin ilə səmərəli əməkdaşlığı dəstəklədiyini və bu əlaqələrin genişləndirilməsi üçün bütün mövcud imkanlardan istifadə ediləcəyini vurğulayıb. Q.Berdiməhəmmədov Yaponiya, Koreya Respublikası, Malaziya, Hindistan, Pakistan və Yaxın Şərq ölkələri ilə münasibətlərin genişləndiriliməsinin Türkmənistanın xarici siyasət prioritetləri sırasında olduğunu diqqətə çatıdırıb.

"Avropa ölkələr həmişə etibarlı tərəfdaşımız olub və bu, belə olmağa davam edir. Növbəti ildə biz Türkmənistan və Avropa ölkələri arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün bütün tədbirləri görəcəyik", - Prezident deyib.

O, Aşqabadın Amerika qitəsi dövlətləri ilə münasibətlərinin intensivləşdiyini vurğulayıb. "Bunların arasında ABŞ-ı xüsusi vurğulamaq istəyirəm. Türkmənistan və ABŞ arasındakı açıq və səmərəli siyasi əlaqələr iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində uğurlu əməkdaşlıq qurmağa imkan verir", - deyə Türkmənistan lideri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR