ÜST: Məhdudiyyətlər götürülsə də maska taxmaq və məsafəni qorumaq məcburiyyətindəyik

ÜST: Məhdudiyyətlər götürülsə də maska taxmaq və məsafəni qorumaq məcburiyyətindəyik
# 04 fevral 2021 05:15 (UTC +04:00)

“Pandemiyaya qarşı sərt məhdudlaşdırıcı tədbirlər götürüldükdən sonra da maska rejiminə və sosial məsafəyə riayət etmək məcburiyyətindəyik”.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç “Rossiya 24” telekanalına açıqlamasında deyib.

“Çox diqqətli olmalıyiq. Hazırda yoluxma hallarının sayını praktik olaraq sıfıra və ya çox aşağı səviyyəyə endirə biləcəyimiz çox vacibdir. Statistik göstəricilərdə əhəmiyyətli dərəcədə azalma müşahidə edilsə də, arxayınlaşmaq olmaz. Bu səbəbdən maska taxmağa, sosial məsafəni gözləməyə davam edəcəyik”, deyə ÜST rəsmisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR