ÜST Rusiyada koronavirusa yoluxmada artım qeydə almayıb

ÜST Rusiyada koronavirusa yoluxmada artım qeydə almayıb
# 16 sentyabr 2020 13:42 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropadan fərqli olaraq, Rusiyada koronavirusa yoluxmada artım qeydə almayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuynoviç koronavirus pandemiyasının vərəmlə bağlı epidemioloji vəziyyətə təsirinə dair mətbuat konfransında bildirib.

O, hazırda Avropa regionunun bir sıra ölkələrində koronavirus infeksiyasına yoluxma hallarında artım müşahidə etdiklərini söyləyib.

ÜST nümayəndəsi Rusiyada COVİD-19 virusuna reaksiyanın nümunəsiz olduğunu vurğulayıb: “Rusiya koronavirus testi həyata keçirən ölkələr arasında lider ölkələrdən biridir”.

Qeyd edək ki, Rusiyada son sutka ərzində 5670 nəfər koronavirusa yoluxub. İndiyə kimi yoluxanların sayı 1 milyon 79 min 519 nəfərdir. Ölkədə COVİD-9-dan ölənlərin sayı isə 18917 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR