ÜST: Rusiyada koronavirusla bağlı vəziyyət yaxşılaşıb

ÜST: Rusiyada koronavirusla bağlı vəziyyət yaxşılaşıb
  • Clock-gray 14:23
  • calendar-gray 11 Mart 2021

Rusiyada yeni növ koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət bir az yaxşılaşıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.

“Biz koronavirusla bağlı Rusiyada vəziyyətin bir az yaxşılaşdığını görürük. Lakin yeni ştammların meydana çıxmasına görə vəziyyət çox həyəcanvericidir. Ona görə də daim diqqət və daim sistemin dayanıqlılığı tələb olunur”. – deyə ÜST nümayəndəsi “Qadınlar rəhbər mövqelərdə: COVID-19 dünyasında bərabər gələcəyə nail olmaq” adlı dəyirmi masada çıxışında vurğulayıb.

Fərid Əkbərov

Digər xəbərlər