Ukraynada koronavirusdan səkkiz nəfər ölüb

Ukraynada koronavirusdan səkkiz nəfər ölüb
# 28 mart 2020 12:36 (UTC +04:00)

Ukraynada yeni koronavirusdan (COVID-19) ölənlərin sayı artır.

APA-nın məlumatına görə, ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, ölənlərin sayı 8 nəfərə çatıb. Bundan əvvəl 5 nəfərin öldüyü açıqlanmışdı.

Koronavirusa yoluxanların ümumi sayının 218 nəfər olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR