Ukraynada son sutkada 5 minə yaxın insan koronavirusa yoluxub

Ukraynada son sutkada 5 minə yaxın insan koronavirusa yoluxub
  • Clock-gray 15:33
  • calendar-gray 23 Yanvar 2021

Ukraynada son sutka ərzində 4 928 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın məlumatına görə, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov “Facebook” səhifəsində yazıb.

Qeyd olunub ki, bununla da Ukraynada COVID-19-a yoluxanların sayı 1 187 897 nəfərə çatıb. Son sutka ərzində 116 nəfərin koronavirusdan öldüyü bildirilir. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 21 778 nəfərə çatıb.

Ötən gün ərzində Ukraynada 13 138 pasiyent koronavirusdan sağalıb. Ümumi sağalanların sayı isə 942 107-yə çatıb.

apa-logo-mini

Digər xəbərlər