Ukraynada son sutkada 7 nəfər koronavirusdan ölüb

Ukraynada son sutkada 7 nəfər koronavirusdan ölüb
# 02 may 2020 10:45 (UTC +04:00)

Ukraynada daha 550 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb.

APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukraynada koronavirusa ümumi yoluxanların sayı 11411-ə, ölənlərin sayı isə 279-a çatıb.

Virusa yoluxanlardan 1449 nəfəri sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR