Ukraynada yanğında dörd nəfər ölüb

Ukraynada yanğında dörd nəfər ölüb
# 06 aprel 2020 10:32 (UTC +04:00)

Ukraynanın Xarkov vilayətində fəaliyyət göstərməyən qazanxanada baş verən yanğın faciə ilə nəticələnib.

APA-nın məlumatına görə, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən bildirilib ki, hadisə aprelin 5-də axşam saatlarına baş verib. 5 kv.m sahəni əhatə edən yanğın nəticəsində dörd nəfər ölüb.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR