Xabarovskda LDP-nin altı üzvünün evlərində axtarış aparılıb

Xabarovskda LDP-nin altı üzvünün evlərində axtarış aparılıb
# 10 iyul 2020 10:42 (UTC +04:00)

Rusiyanın Xabarovsk diyarında Liberal Demokrat Partiyasının (LDP) altı üzvünün evlərində axtarış aparılıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Xabarovsk diyarı dumasında RLDP fraksiyasının lideri Sergey Zyubr bildirib.

O, qubernator Sergey Furqal da daxil olmaqla, altı deputatın evlərində, qarajlarında və avtomobillərində axtarış aparıldığını qeyd edib.

S. Zyubr vurğulayıb ki, bu gün məhkəmədə iki deputatın barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılacaq.

Qeyd edək ki, Xabarovsk diyarının qubernatoru S. Furqal silsilə cinayətlərdə ittiham olunaraq saxlanılıb. Onun mütəşəkkil cinayətkar dəstə ilə əlbir olaraq Xabarovsk diyarı və Amur vilayətində 2004-2005-ci illərdə iş adamlarına qarşı qətl cinayətləri törətməkdə şübhəli olduğu bildirilib. S. Furqalın barəsində cinayət işi başlanılıb. S. Furqal 2018-ci ildən Xabarovsk diyarının qubernatorudur. O, Rusiya Liberal Demokrat Partiyasından namizədliyini irəli sürərək seçkilərdə 70 faiz səs toplayıb. S. Furqal Rusiya Dövlət Dumasının deputatı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR