Xarkovun yeni seçilmiş Bələdiyyə başçısı Hennadi Kernes vəfat edib

Xarkovun yeni seçilmiş Bələdiyyə başçısı Hennadi Kernes vəfat edib
# 18 dekabr 2020 07:12 (UTC +04:00)

Ukraynanın Xarkov şəhər Bələdiyyəsinin yeni seçilmiş başçısı Hennadi Kernes Berlində müalicə aldığı “Charite” klinikasında vəfat edib.

APA “Ukrinform”-a istinadən xəbər verir ki, barədə Xarkov şəhər Bələdiyyəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yuri Sidorenko bildirib.

O, Kernesin koronavirusdan öldüyünü deyib.

Bələdiyyə başçısının dostu, iş adamı Pavlo Faks da teleqram kanalında Kernesin vəfatı barədə yazıb: “Ən yaxın dostum Hennadi Kernesin ürəyi bu gecə dayandı. Koronavirus infeksiyası həyati əhəmiyyətli orqanlarını ciddi şəkildə zədələdi. Xatirən əbədi yaşasın, dostum”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR