Zaxarova: “Gözlərimizin qarşısında Aİ-nin alçaldılması baş verir”

Zaxarova: “Gözlərimizin qarşısında Aİ-nin alçaldılması baş verir”
  • Clock-gray 15:19
  • calendar-gray 24 Fevral 2021

“Xaricdən siyasi asılılıq Avropa İttifaqını (Aİ) alçaldır”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Pervıy kanal”ın efirində deyib.

“Düşünürəm ki, ən azı bir-iki addım qabağa baxmaq lazımdır. Gözlərimizin qarşısında Avropa İttifaqının alçaldılması baş verir. Öz maraqlarını bu ölkələrin xalqlarının milli maraqları kimi təqdim edənlər tərəfindən Avropanın əhəmiyyətli bir hissəsinin alçaldılmasının şahidi oluruq”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

M. Zaxarova qeyd edib ki, bu cür alçaldılmalar nə Aİ ölkələrinə, nə də Rusiyaya sərf edir: “Belə ki, əvvəllər Avropa İttifaqı Rusiyanın ticarət, humanitar əlaqələrin inkişafı və energetika sahəsində aktiv tərəfdaşı olub”.

Fərid Əkbərov

Digər xəbərlər