Zaxarova: “Rusiya heç vaxt “Taliban”a silah verməyib”

Zaxarova: “Rusiya heç vaxt “Taliban”a silah verməyib”
# 02 iyul 2020 17:44 (UTC +04:00)

“Rusiya heç vaxt radikal “Taliban” hərəkatına silah verməyib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, ölkəsinin yalnız qanuni Əfqanıstan hökumətinə silah verdiyini açıqlayıb.

“Rusiya ancaq Əfqanıstanın qanuni hökumətinə silah verib. Bu, yaxşı məlumdur. ABŞ Dövlət katibinin rusiyalı həmkarı ilə təmasları haqqında da demək istəyirəm ki, yoldaş Pompeo Lavrovla görüşü zamanı bir dəfə də olsun “Taliban”a silah tədarükü məsələsinə son qoyulması məsələsini qaldırmayıb”, - deyə Rusiya XİN-in rəsmisi vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanın Əfqanıstanda ABŞ-a qarşı çıxdığını bəyan edib və rəsmi Moskvanı taliblərə silah satmaqda ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR