Zaxarova Rusiyaya qarşı sanksiya tələb edən Navalnı tərəfdarlarını xəyanətkar adlandırıb

Zaxarova Rusiyaya qarşı sanksiya tələb edən Navalnı tərəfdarlarını xəyanətkar adlandırıb
# 09 fevral 2021 12:02 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova müxalif Aleksey Navalnı tərəfdarlarının Rusiyaya qarşı sanksiya tətbiqinə çağırışlarını xəyanət adlandırıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, M. Zaxarova Aleksey Navalnı tərəfdarlarının Avropa İttifaqı və ABŞ rəsmiləri ilə Rusiyaya qarşı sanksiya tətbiqinin mümkünlüyünü müzakirə etmələrini xəyanət kimi xarakterizə edib.

“Bu, bayağıdır və ədəbsizlikdir. Bu hər zaman belə olub. O ki, qaldı mənəvi-etik qiymətləndirməyə, bu xəyanətdir” - deyə M. Zaxarova Vesti FM-in efirində bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR