Zelenski İtaliyaya və Vatikana ikigünlük səfər edib

Zelenski İtaliyaya və Vatikana ikigünlük səfər edib
# 07 fevral 2020 04:08 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyaya ikigünlük səfərə gedib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, burada o, ölkə rəhbərliyi ilə danışıqlar aparacaq, daha sonra Roma Papası Fransisk ilə görüşmək üçün Vatikana gedəcək.

Buna qədər Prezident Administrasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, cümə günü Romada Ukrayna Prezidentinin İtaliya Prezidenti Sercio Mattarella və ölkənin Baş Naziri Cüzeppe Konte ilə görüşləri planlaşdırılır.

Ertəsi gün ukraynalı lider Vatikan şəhərinə rəsmi səfər edəcək, burada Papa Fransisk tərəfindən qəbul ediləcək. Bundan əlavə, Zelenskinin Müqəddəs Taxt-tac üzrə Dövlət Katibi Pietro Parolin və dövlətlərlə əlaqələr katibi, arxiyepiskop Pol Riçard Qallaxer ilə görüşü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR