"Zirə"nin futbolçusunun ciyni sınıb

"Zirə"nin futbolçusunun ciyni sınıb
# 25 fevral 2021 18:30 (UTC +04:00)

“Zədəsi çox ciddi görünür”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc çalışdırıcı Premyer Liqamın “Neftçi” ilə oyununda (1:0) zədələnən Davit Volkovun durumuna münasibət bildirib. 39 yaşlı məşqçi gürcüstanlı legionerlə bağlı ilkin rəyi də açıqlayıb: “Həkimlərin ilk rəyi çiyninin sınmasıdır. Zədəli oyunçularımızın sayı artır. Buna baxmayaraq, digər oyunçularımıza da güvənirəm. Bizdə əsas və ya ikinci heyət oyunçusu yoxdur. Kimsə az, kimsə çox çıxış edə bilər”.

Qeyd edək ki, Volkov qarşılaşmada vurulan yeganə qolun müəllifi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR