ABŞ-ın Dövlət Departamenti Rusiya-NATO iclasının nəticələrini şərh edib

ABŞ-ın Dövlət Departamenti Rusiya-NATO iclasının nəticələrini şərh edib
# 13 yanvar 2022 00:43 (UTC +04:00)

Rusiya və NATO ölkələri Brüsseldə kollektiv təhlükəsizliyi möhkəmləndirməklə uğur əldə edilə biləcək sahələrlə bağlı müzakirə aparıblar.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat verib.

“Bugünkü iclasda tərəflər NATO və Rusiyanın birgə səyi ilə tərəqqi əldə etmək mümkün olan məsələləri müzakirə etdilər. Bu da bütün dünyada kollektiv təhlükəsizliyə kömək edə bilər. Söhbət risklərin azaldılması üçün görüləcək işlərdən və silahlara qarşılıqlı şəffaf nəzarətdən gedir”, - deyə Prays bildirib.

Diplomat bildirib ki, Vaşinqton Ukrayna ətrafındakı status kvonun saxlanması şərti ilə rəsmi Moskva ilə dialoqun davam etməsində maraqlıdır: “Biz Rusiya ilə əlavə diplomatik təmasları gözləyirik. Ümid edirik ki, bu diplomatik yol davam etsin və öz bəhrəsini versin”, - deyə diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR