ABŞ-ın müdafiə naziri koronavirusa yoluxub

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin

© APA | ABŞ-ın Müdafiə naziri Lloyd Ostin

# 03 yanvar 2022 05:00 (UTC +04:00)

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub.

APA-nın xəbərinə görə, bu barədə bildiriş Pentaqonun saytında yer alır. Pentaqon rəhbəri bildirib ki, onun Covid-19 testi müsbət nəticə verib. Lakin simptomlar yüngüldür və o, həkimin tövsiyəsinə əməl edir.

Qeyd olunub ki, Ostinin səlahiyyətlərini onun müavini Ketlin Hik icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR