ABŞ-ın Rusiyadakı yeni səfiri viza verilməsinin bərpasına nail olmaq istəyir

ABŞ-ın Rusiyadakı yeni səfiri viza verilməsinin bərpasına nail olmaq istəyir
# 07 yanvar 2023 03:58 (UTC +04:00)

ABŞ-ın Moskvadakı yeni səfiri Lin Treysi Rusiya hakimiyyəti ilə viza verilməsinin yenidən başlaması imkanları üzərində işləyəcək.

APA-nın məlumatına görə, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

"Səfir Treysi, nümayəndə heyətimizin vizaların verilməsi də daxil olmaqla, əsas funksiyaları bərpa edə bilməsini təmin etmək üçün səfirliyin işçilərinin sayının artırılmasına çalışır ", - Treysi deyib.

Diplomat belə bir nəticənin hər iki ölkənin maraqlarına uyğun olacağını qeyd edib.

Dekabrın 21-də ABŞ Senatı Dövlət Departamentinin əməkdaşı Lin Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR