ABŞ-ın Rusiyaya qarşı mümkün sanksiyasının detalları məlum olub - VİDEO

ABŞ-ın Rusiyaya qarşı mümkün sanksiyasının detalları məlum olub - VİDEO
# 09 yanvar 2022 04:36 (UTC +04:00)

Ağ Ev Rusiyanın Ukrayna mümkün hücumu zamanı Moskvaya qarşı tətbiq ediləcək sanksiyalar üzərində işləyir.

APA-nın xəbərinə görə, bu barədə “New York Times” hökumətdəki mənbələrə istinadla məlumat verib.

Qəzet yazır ki, sözügedən sanksiyalar Rusiya ordusu qonşu dövlətə “hücum edən anda” tətbiq ediləcək. Bu halda Rusiyanın maliyyə qurumlarının beynəlxalq ödəniş sistemlərindən kənarlaşdırılması məsələsi müttəfiqlərlə müzakirə edilib. Müdafiə sənayesi üçün Amerikada layihələndirilən malların Rusiyaya satılmasına da embarqo qoyula bilər.

Müəllif qeyd edir ki. Rusiya sənayesinin aparıcı sahəsi olan kosmik və hərbi sənayeyə də texnoloji sanksiya tətbiq edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR