ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı saziş təklifinə hələ cavab verməyib

Sergey Ryabkov

© APA | Sergey Ryabkov

# 20 dekabr 2021 11:10 (UTC +04:00)

ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı saziş təklifinə hələ cavab verməyib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Onlar cavab verənə qədər gözləyəcəyik, görək nə cavab verəcəklər. İndiyə qədər biz yalnız ictimai bəyanatları görürük. Əsas odur ki, Vaşinqtondan bizə nə deyirlər. Moskvaya Vaşinqtondan təcili cavab lazımdır. Vəziyyət mürəkkəbdir", - deyə Sergey Ryabkov bildirib.

Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri qəbul etmədiyi təqdirdə, Moskva Avropada orta və daha qısa mənzilli raketlərə qoyulan moratoriumdan imtina edib-etməyəcəyinə dair hələ qərar verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR