ABŞ səfiri Con Sallivan Rusiyadakı işini başa çatdırıb

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan

© APA | ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan

# 04 sentyabr 2022 19:24 (UTC +04:00)

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan işini başa vuraraq Moskvanı tərk edib.

APA vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Hələlik onun səlahiyyətlərini ABŞ-ın Rusiyadakı missiyasının rəhbərinin müavini Elizabet Rud yerinə yetirəcək.

Xatırladaq ki, Con Sallivan 2020-ci ilin fevralında səfir təyin edilib. Onun namizədliyi ABŞ-ın 45-ci prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR