ABŞ səfiri etimadnaməsini Ermənistan Prezidentinə təqdim edib

ABŞ səfiri etimadnaməsini Ermənistan Prezidentinə təqdim edib
# 21 fevral 2023 16:42 (UTC +04:00)

ABŞ-ın Ermənistana təyin olunmuş yeni səfiri Kristina Kvien etimadnaməsini Prezident Vaaqn Xaçaturyana təqdim edib.

APA xəbər verir ki, bu barədə ABŞ diplomatı "Twitter" hesabında bildirib.

"Etimadnaməmi prezident Xaçaturyana təqdim etdiyim üçün minnətdaram. ABŞ-ın Ermənistandakı səfiri olmaq şərəfdir. Mən ölkəni araşdırmaq, insanlarla görüşmək və ABŞ-Ermənistan tərəfdaşlığını davam etdirməyi səbirsizliklə gözləyirəm", paylaşımda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR